Əfsanəvi “Arşın mal alan” operettası Ankara tamaşaçılarını valeh edəcək

Əfsanəvi “Arşın mal alan” operettası Ankara tamaşaçılarını valeh edəcək Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası oktyabrın 19-da Türkiyədə tamaşaçılara təqdim olunacaq.
İncəsənət
18 Oktyabr , 2024 16:36
Əfsanəvi “Arşın mal alan” operettası Ankara tamaşaçılarını valeh edəcək

Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası oktyabrın 19-da Türkiyədə tamaşaçılara təqdim olunacaq.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, əsər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevin quruluşu ilə Ankarada Dövlət Opera və Balet Teatrında nümayiş olunacaq.

Librettonun mətninin uyğunlaşdırılmasını Hacettepe Universiteti Konservatoriyasının müəllimi Şenol Talınlı, dekorasiya və kostyumları isə Yusuf Toker hazırlayıb. Orkestrə Rüstəm Rahmedov dirijorluq edəcək.

Qeyd edək ki, “Arşın mal alan” operettası 1913-cü ildə yazılıb. Operettanın librettosunun müəllifi Üzeyir Hacıbəylinin özüdür.

Operetta 80 dilə tərcümə olunub və 76 ölkədə 187 teatrda tamaşaya qoyulub. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında “Arşın mal alan” operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi