Gəncədə Nizami Gəncəviyə həsr olunan ədəbi-bədii xoreoqrafik musiqili gecə keçirilib

Gəncədə Nizami Gəncəviyə həsr olunan ədəbi-bədii xoreoqrafik musiqili gecə keçirilib Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəviyə həsr olunan ədəbi-bədii xoreoqrafik musiqili gecə keçirilib.
İncəsənət
2 Dekabr , 2023 23:05
Gəncədə Nizami Gəncəviyə həsr olunan ədəbi-bədii xoreoqrafik musiqili gecə keçirilib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəviyə həsr olunan ədəbi-bədii xoreoqrafik musiqili gecə keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Gəncə Dövlət Filarmoniyasının foyesində dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən fotosərgi, şairə həsr olunmuş kitablar, rəsm əsərləri ilə tanış olublar.

“Gəncə və gəncəlilər” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəviyə həsr olunmuş gecədə onun həyat və yaradıcılığına həsr edilmiş teatrlaşdırılmış səhnələr, Nizaminin sözlərinə bəstələnmiş romanslar yer alıb.

Ədəbi-bədii xoreoqrafik musiqili gecədə Gəncə Dövlət Dram Teatrının aktyorları, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və solistləri, "Göygöl" Dövlət Mahnı və Rəqs ansamblı çıxış ediblər.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, ilk dəfə “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində keçirilən gecə geniş tamaşaçı kütləsi tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi