İtaliyada muzeydən 19-cu əsrə aid portret oğurlanıb

İtaliyada muzeydən 19-cu əsrə aid portret oğurlanıb Əntiq əşyaların sərgisinə ev sahibliyi edən Milanın Permanente Muzeyinin əməkdaşları italiyalı alimi Alessandro Voltanın portretinin itdiyini aşkar ediblər.
İncəsənət
24 Oktyabr , 2022 18:52
İtaliyada muzeydən 19-cu əsrə aid portret oğurlanıb

Antik əşyaların sərgisinə ev sahibliyi edən Milanın Permanente Muzeyinin əməkdaşları italiyalı alim Alessandro Voltanın portretinin itdiyini aşkarlayıblar.

“Report” xəbər verir ki, bu barədə “ComoZero” xəbər portalı məlumat yayıb.

1840-cı ildə rəssam Qabriele Rottini tərəfindən çəkilmiş tablo mütəxəssislər tərəfindən 20 min avro dəyərində qiymətləndirilir.

Alessandro Volta (1745-1827) - italiyalı fizik və kimyaçısı, elektrik nəzəriyyəsinin banilərindən biridir. Elektrik gərginliyinin vahidi volt (V) məhz onun adını daşıyır.

Son xəbərlər

Orphus sistemi