Jan-Pol Belmondonun həyatının son günləri məlum olub

Jan-Pol Belmondonun həyatının son günləri məlum olub Məşhur fransız aktyor Jan-Pol Belmondonun vəkili Mişel Qodest sənətçinin həyatının son günləri barədə danışıb.
İncəsənət
7 Sentyabr , 2021 04:27
Jan-Pol Belmondonun həyatının son günləri məlum olub
Jan-Pol Belmondo

Məşhur fransız aktyor Jan-Pol Belmondonun vəkili Mişel Qodest sənətçinin həyatının son günləri barədə danışıb.

Bu barədə “Report” AFP-yə istinadən xəbər verir.

Məlum olub ki, aktyor son zamanlar güclü yorğunluqdan əziyyət çəkib. Hüquqşünasın sözlərinə görə, o, evində vəfat edib.

Qeyd edək ki, aktyor dünən vəfat edib. O, 88 yaşında dünyasını dəyişib. Belmondonun ölüm səbəbi açıqlanmır.

Aktyor 100-dən çox filmə çəkilib. O, "Peşəkar", "Son nəfəsdə", "Xüsusi detektiv", "Riodan gələn insan", "Çox gözəl", "Ağılsız Pyero" və digər filmlər sayəsində məşhur olub.

Xatırladaq ki, Belmondo 2001-ci ildə insult keçirib və sonrakı yeddi il boyunca ekrana çıxmayıb. Aktyor 2015-ci ildə karyerasına son qoyduğunu bildirib, amma iki ay sonra maraqlı təkliflərə açıq olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi