Amerikalı aktyor Metyu Perrinin ölümündə təqsirləndirilən həkimlərdən biri ittiham üzrə təqsirli olduğunu etiraf edib.
"Report"un məlumatına görə, bu barədə ABC telekanalı təqsirləndirilən şəxsin vəkilinə istinadən xəbər verib.
Həkim Mark Çaves ketamin paylamaq üçün sui-qəsddə günahını etiraf etməyə razı olduğunu söyləyib. Telekanal qeyd edib ki, onu 10 ilə qədər həbs gözləyir.
“Los Angeles Times” daha əvvəl Los Anceles Dairəsi səlahiyyətlilərinin bir neçə ay çəkəcək araşdırma başlatdığını bildirib.