Lənkəranda gender bərabərliyi mövzusuna həsr olunmuş “Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” tamaşasının nümayişi olub.
“Report” xəbər verir ki, tamaşa Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında baş tutub.
Tamaşa Latviya və İsveçin Bakıdakı səfirliklərinin dəstəyi ilə hazırlanıb.
Orada selektiv abort qurbanı olan və müxtəlif yaşlarda olan üç qadının həyat hekayəsindən bəhs edilir.
Bu tamaşa ötən ilin noyabrında Bakıda məhdud auditoriyaya nümayiş etdirilib.
Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Via Buşa incəsənət vasitəsilə gender bərabərliyi məsələsinin gündəmə gətirilməsinin vacibliyini qeyd edib.
İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson əlavə edib ki, Azərbaycan selektiv abortla mübarizə üçün çox səy göstərir.