"Mənim müəllimim - səkkizayaqlı ilbiz" sənədli filmi "Oskar" mükafatı aldı

"Mənim müəllimim - səkkizayaqlı ilbiz" sənədli filmi "Oskar" mükafatı aldı "Mənim müəllimim - səkkizayaqlı ilbiz" sənədli filmi ABŞ kino akademiyasının "Ən yaxşı sənədli tammetrajlı film" kateqoriyası üzrə "Oskar" mükafatına layiq görülüb
İncəsənət
26 Aprel , 2021 07:01
Mənim müəllimim - səkkizayaqlı ilbiz sənədli filmi Oskar mükafatı aldı

"Mənim müəllimim - səkkizayaqlı ilbiz" sənədli filmi ABŞ kino akademiyasının "Ən yaxşı sənədli tammetrajlı film" kateqoriyası üzrə "Oskar" mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı bildirib.

Pipp Erlix və Ceyms Rid tərəfindən yaradılan film baş qəhrəmanının Cənubi Afrikanın sahillərində vəhşi səkkizayaqlı ilbizlə "dostluğu"ndan bəhs edir.

Bu nominasiyada həmçinin "Vaxt", "Agent-köstəbək", "Kollektiv" və "Xüsusi düşərgə: Əlilliyin inqilabı" filmləri də təqdim edilib.

Son xəbərlər

Orphus sistemi