"Otuz ildən sonra Üzeyir səhnəsinə Məcnun kimi çıxdım, sanki Üzeyirin ruhu qarşısında imtahan verdim".
Bunu "Report"a açıqlamasında Azərbaycanın Xalq artisti Mənsum İbrahimov deyib.
Onun sözlərinə görə, bu gün bir sənətkar kimi özünü xoşbəxt hiss edir: "Bu, inanılmaz bir hissdir. Artıq azad Şuşada Üzeyir bəyin heykəlinin qarşısında Leyli və Məcnun səslənir. Bu, bilirsiniz nə deməkdir?! Bundan sonra da hər zaman belə olacaq. Biz və bizdən sonrakı nəsillər hələ uzun illər bu ənənəni yaşadacağıq. Allah bu sevinci, bu əziz, qürurlu günü bizə yaşadan şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin".