Amerika Kino Akademiyası “Oskar” mükafatının “ən yaxşı film” nominasiyasına uyğun gəlmək üçün inklüzivlik meyarlarının siyahısını təqdim edib.
“Report” xəbər verir ki, bu barədə məlumatı akademiya yayıb.
2024-cü ildən başlayaraq filmlərin aparıcı aktyoru və ya arxa planın önəmli aktyoru az təmsil olunan irqi və ya etnik qrupdan olmalıdır.
Bundan başqa ikinci dərəcəli rollarda azı 30%-ni LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual), irqi və ya etnik qrup nümayəndələri, qadınlar və ya fiziki məhdudiyyətli insanlar olmalıdır.
Filmin yaradıcıları onlara bütün süjet xəttini də həsr edə bilərlər.