"Ram və Şam" filminin qəhrəmanı 99 yaşında vəfat edib

"Ram və Şam" filminin qəhrəmanı 99 yaşında vəfat edib Hindistanın məşhur aktyoru, rejissoru və siyasi xadimi Dilip Kumar (Məhəmməd Yusif Xan) iyulun 7-də 98 yaşında vəfat edib.
İncəsənət
7 İyul , 2021 12:06
Ram və Şam filminin qəhrəmanı 99 yaşında vəfat edib
Dilip Kumar

Hindistanın məşhur aktyoru, rejissoru və siyasi xadimi Dilip Kumar (Məhəmməd Yusif Xan) vəfat edib.

“Report” “Tolo news” telekanalına istinadən xəbər verir ki, o, iyulun 7-də 99 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, D.Kumar 1922-ci ildə Pakistanın Peşəvar şəhərində anadan olub.

O, 1944-cü ildən filmlərdə çəkilməyə başlayıb. D.Kumarın çəkildiyi filmlər bunlardır: “Babul” (1950), “Ram və Şam”(1967), “Didar”,(1951), “Qanqa Camna”(1961), “Daağ” (1952), “Amar” (1954), “Mila” (1948), “Muğhal-e-Azam” (1960), “Dastan”, “Madhumati” (1958), “Naya Daur”, “Andaz”(1949), “Bayraq”(1976), “Joğan” (1950), “Aadmi” (1968), “Saudağ”(1991), “Qori”, “Kranti”(1981), “Yəhudi”(1958), “Devdas”(1955), “Tarana” (1951), “Dil Diya Dard Liya” (1966), “Azaad”(1955), “Dünya”(1984), “Aan”(1952), “Naya dauz”, “İnsaniyyət” (1955), “Arzoo” (1950), “Saqina”(1976), “Şahid”(1948), “Nadiya Ke Paar”(1948), “Şəbnəm”(1949), “Şikəst”(1953), “Vidata”, “Jar Bata”(1944), “Pratima”(1945), “Naukadili”(1947) və s.

Azərbaycanda hind kinosunun həvəskarları onu daha çox “Ram və Şam” filimindən tanıyırlar.

D.Kumar ardıcıl olaraq bir çox mükafat alıb.

Son xəbərlər

Orphus sistemi