Rejissor Vladimir Menşov vəfat edib

Rejissor Vladimir Menşov vəfat edib Rejissor Vladimir Menşov 82 yaşında koronavirusdan vəfat edib.
İncəsənət
5 İyul , 2021 12:25
Rejissor Vladimir Menşov vəfat edib
Vladimir Menşov

Rejissor Vladimir Menşov 82 yaşında koronavirusdan vəfat edib.

Report” xəbər verir ki, Vladimir Valentinoviç Menşov 1939-cu il sentyabrın 17-də Bakı şəhərində anadan olub.

İnstituta qəbul olmazdan əvvəl V.Menşov müxtəlif sahələrdə, o cümlədən Bakıda dalğıc gəmisində dənizçi kimi çalışıb.

O, 1965-ci ildə M.Qorki adına Moskva Akademik Bədaye Teatrı yanında V.İ.Nemiroviç-Dançenko adına məktəb-studiyanın aktyorluq fakültəsini, 1970-ci ildə isə S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində rejissorluq üzrə aspiranturanı bitirib. 1970-76-cı illərdə "Mosfilm", "Lenfilm" kinostudiyalarında və Odessa kinostudiyasında müqavilə üzrə işləyib.

V.Menşov böyük filmdə aktyor olaraq 1972-ci ildə Aleksey Saxarovun "Öz yerində olan adam" dramında baş rolu ifa edərək debüt edib. Ümumilikdə o, kino və telefilmlərdə təxminən 120 rol ifa edib.

V.Menşovun rejissoru olduğu "Moskva göz yaşlarına inanmır" filmi bir çox beynəlxalq film festivallarında mükafatlar qazanıb, onun yaradıcıları SSRİ Dövlət Mükafatını alıb. 1981-ci ildə isə film ABŞ Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən "Oskar" mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi