"Səhranın bəyaz günəşi" filminin məşhur aktyoru xəstəxanaya yerləşdirildi

"Səhranın bəyaz günəşi" filminin məşhur aktyoru xəstəxanaya yerləşdirildi Sovet və gürcü aktyoru Kaxi Kavsadze Tiflisdə Birinci universitet klinikasının xəstəxanasına yerləşdiriilib
İncəsənət
17 Fevral , 2021 02:47
Səhranın bəyaz günəşi filminin məşhur aktyoru xəstəxanaya yerləşdirildi
Kaxi Kavsadze

Sovet və gürcü aktyoru Kaxi Kavsadze Tbilisidə Birinci Universitet Klinikasının xəstəxanasına yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə tibb müəssisəsinin direktoru Levan Ratianiyə istinadən Gürcüstanın Birinci telekanalı bildirib.

Həkim qeyd edib ki, aktyorun vəziyyəti sabit ağırdır. Qeyd edilir ki, onda ikitərəfli pnevmoniya aşkarlanıb.

Həmçinin vurğulanır ki, aktyor ötən ilin sonunda Birinci Universitet Klinikasında koronavirus infeksiyasından müalicə olunub.

Qeyd edək ki, Kaxi Kavsadze bir sıra filmlərdə rollar oynayıb. O, xüsusən "Səhranın bəyaz günəşi" filmindəki Abdulla rolu ilə məşhurdur.

Son xəbərlər

Orphus sistemi