Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etmişik"

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etmişik" “Atalarımızın miras qoyduğu bu köklü qurumla fəxr edirik və sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqdm etdik”.
İncəsənət
16 Sentyabr , 2021 16:38
Ərdoğan: Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etmişik
Rəcəb Tayyib Ərdoğan

“Atalarımızın miras qoyduğu bu köklü qurumla fəxr edirik və sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqdm etdik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş” tədbirində bildirib.

O, Ahi Evrana dair sənədləri Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqdim etdiklərini söyləyib. R.T.Ərdoğan vurğulayıb ki, 2021-ci ili Türkiyədə Ahi Evran ili elan ediblər.

Türkiyə Prezidenti Ahilik Təşkilatından danışaraq onun bütün təbəqələri birləşdirdiyini qeyd edib: “Qardaşlarım əcdadımız dünyada fəth qabiliyəti ilə yanaşı, dövlət qurmaq qabiliyyəti ilə də məşhurdur. Bu dövlətlər sadəcə qılıncla qurulmayıb. Ahi Evranın 32 başlıq altında qurduğu təşkilat əsrlərlə bu torpaqlarda həmrəyliyin bel sümüyü olub”

Qeyd edək ki, Ahi Evran, Pir Ahi Evran Veli və ya tam adı Pir Mahmud bin Əhməd Nəsrəddin Ahi Evran bin Abbas Vəli 1171 ci ildə İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində anadan olub. O, 1251-ci ildə vəfat edib. Ahi Evran Xorasandan Anadoluya uzun bir yolçuluq edib. O, Seyid Hacı Bektaş Vəlinin Ələvi-Bektaşi, yəni təsəvvüfi-türkmən təriqətinə bağlanıb, öz adı ilə Ahilik Təşkilatının qurucusu və dabbaqların Ələvi Türkmən Piri və Şeyxi, 32 çeşid sahibkar və sənətkarın lideri olub. Ahi Evranın uşaqlığı və təhsili dövrü Azərbaycanda keçib. Bundan sonra o, Xorasan və İkiçayarasında (Mesopotomiya) bölgəsinə gəlib, o yerlərdəki böyük ustadlardan dərs alıb.

Son xəbərlər

Orphus sistemi