AAYDA: “Bərdə-Ağdam avtomobil yolunun tikintisi yaxın müddətdə başa çatacaq”

AAYDA: “Bərdə-Ağdam avtomobil yolunun tikintisi yaxın müddətdə başa çatacaq” Bərdə-Ağdam avtomobil yolunun tikintisinin yaxın müddət ərzində başa çatdırılması nəzərdə tutulub.
İnfrastruktur
29 Noyabr , 2023 14:06
AAYDA: “Bərdə-Ağdam avtomobil yolunun tikintisi yaxın müddətdə başa çatacaq”

Bərdə-Ağdam avtomobil yolunun tikintisinin yaxın müddət ərzində başa çatdırılması nəzərdə tutulub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

“Yol boyu torpaq işləri və yeni torpaq yatağının inşası, layihə üzrə nəzərdə tutulmuş qalınlıqda və lazımi materiallardan istifadə olunmaqla yol əsasının və asfalt-beton örtüyünün 2 layının tikintisi yekunlaşıb. Layihə üzrə süni qurğular, yol qovşaqları və körpülər üzrə tikinti işləri, həmçinin yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan dairəvi suötürücü boru, düzbucaqlı su keçidi və zəruri olan yerlərdə yeraltı keçidlərin inşası da 100 % yerinə yetirilib.

Yolboyu nyucersilərin (beton bardyor) və yaşayış məntəqələrində nəzərdə tutulan piyada səkilərinin inşası, səki və tamet daşlarının tikintisi də sona çatdırılıb.

Yolun 2540-cı km-lik hissəsində 91,318,2 metr uzunluğa malik avtomobil körpülərin, yolun 1442-ci km-lik hissəsində 6643 metr uzunluğa malik yol qovşaqlarının və yolun 4, 1416 km-lik hissələrində nəzərdə tutulan yerüstü piyada keçidlərinin tikintisi tamamlanıb", - açıqlamada deyilir.

AAYDA bildirir ki, hazırda yolboyu aşınma qatının (asfalt-beton örtüyün 3-cü layının) tikintisi, işıq dirəklərinin quraşdırılması istiqamətində işlər həyata keçirilir: "Artıq avtomobil yolunda aşınma qatının (asfalt-beton örtüyün 3-cü layının) döşənməsi işləri də yekunlaşmaq üzrədir”.

Xatırladaq ki, başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Avtomobil yolunun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

Son xəbərlər

Orphus sistemi