AAYDA: "Göyçayda avtomobil körpüsü uçmayıb"

AAYDA: "Göyçayda avtomobil körpüsü uçmayıb" Ötən gün axşam saatlarında sosial şəbəkələrdə və bəzi xəbər saytlarında guya Göyçay rayonu ərazisində sel suları səbəbindən avtomobil körpüsünün uçması ilə bağlı video görüntülü məlumat paylaşılıb.
İnfrastruktur
29 Sentyabr , 2021 11:37
AAYDA: Göyçayda avtomobil körpüsü uçmayıb

Ötən gün axşam saatlarında sosial şəbəkələrdə və bəzi xəbər saytlarında guya Göyçay rayonu ərazisində sel suları səbəbindən avtomobil körpüsünün uçması ilə bağlı video görüntülü məlumat paylaşılıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirilir.

"Rəsmi olaraq bildirirk ki, sözügedən görüntü 2018-ci ildə baş vermiş hadisə zamanı lentə alınıb və bu günlər ərzində Göyçay rayonu ərazisində balansımızda olan hər-hansı avtomobil körpüsündə uçqun qeydə alınmayıb", - qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi