AAYDA sədri: "Ölkədə problemli yollar yoxdur, problemi ictimaiyyət yaradır"

AAYDA sədri: "Ölkədə problemli yollar yoxdur, problemi ictimaiyyət yaradır" "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) yollar rayon mərkəzindən onun ərazisinə qədər verilir. Daxili yollar isə rayonların və yerli bələdiyyələrnin balansındadır. Bizə həmin rayonlardan sifarişlər verilir".
İnfrastruktur
27 İyul , 2021 14:41
AAYDA sədri: Ölkədə problemli yollar yoxdur, problemi ictimaiyyət yaradır
Saleh Məmmədov

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) yollar rayon mərkəzindən onun ərazisinə qədər verilir. Daxili yollar isə rayonların və yerli bələdiyyələrnin balansındadır. Bizə həmin rayonlardan sifarişlər verilir".

Bunu “Report”a açıqlamasında AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, dövlət investisiya proqramında nəzərdə tutulan bütün yollar bu il də ayrılmış vəsait hesabına təmir edilir, ilin sonuna qədər təhvil veriləcək: “O cümlədən, bu il Bakıda 361 km yolun təmiri nəzərdə tutulub".

Sədr ölkədəki avtomobil yollarının keyfiyyətinin aşağı olması barədə səslənən fikirlərə də münasibət bildirib: "Bizdə problemli yollar yoxdur. Yollar təmir edilib, ancaq müəyyən hissəsi sıradan çıxa bilər. Problemi ictimaiyyət özü bilmədən yaradır. Azərbaycan dövlətinin qayğısı ilə son dövrlərdə 17 min km-dən çox yol tikilib, təhvil verilib. Burda problem nədən yarana bilər?!"

Son xəbərlər

Orphus sistemi