AAYDA: "Tunellərin təmizlənməsi işləri aparılır"

AAYDA: "Tunellərin təmizlənməsi işləri aparılır" Azərbaycanda yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunelləri və tunel daxili yol elementlərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılır.
İnfrastruktur
19 Fevral , 2024 16:34
AAYDA: Tunellərin təmizlənməsi işləri aparılır

Azərbaycanda yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunellərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılır.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, sözügedən işlər zamanı tunellərin giriş-çıxışları, divarları, tuneldaxili yol nişanları, işıqəksetdiricilər, əyri xətli dəmir tirlər və s. xüsusi təyinatlı maşınlar vasitəsi ilə təzyiqli su verilərək yuyulur.

"Sürücülərdən xahiş olunur ki, iş aparılan ərazilərdə diqqətli olsunlar, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etsinlər", - deyə agentlik bəyan edib.

Son xəbərlər

Orphus sistemi