ABADA : “Rusiya 3-cü ölkələrə “İcazə” blanklarının verilməsini dayandırıb”

ABADA : “Rusiya 3-cü ölkələrə “İcazə” blanklarının verilməsini dayandırıb” "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyi üzvlərinə müraciət edib.
İnfrastruktur
28 Fevral , 2022 12:23
ABADA : “Rusiya 3-cü ölkələrə “İcazə” blanklarının verilməsini dayandırıb”

"Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyi üzvlərinə müraciət edib.

"Report"un məlumatına görə, müraciətdə deyilir ki, Rusiya 3-cü ölkələrə (İrana)” “İcazə” blanklarının verilməsini dayandırıb.

Fevralın 25-dən sonra yüklənmiş və Azərbaycan ərazisinə daxil olan nəqliyyat vasitələrinə beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (CMR) verilməyəcək.

"Xüsusi defisit "İcazə" blanklarının bölgüsü konkret fakt əsasında daşımanın həyata keçirilməsi üçün tərtib edilmiş beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin və ya digər təsdiqedici sənədlərin əsasında aparılırdı. İndi isə bu proses yalnız bölgü əsasında icra ediləcək", - ABADA-dan "Report"a bildirilib.

Son xəbərlər

Orphus sistemi