ADSEA sədri slovakiyalı rəsmilərlə su ehtiyatlarının idarə edilməsi barədə fikir mübadiləsi aparıb

ADSEA sədri slovakiyalı rəsmilərlə su ehtiyatlarının idarə edilməsi barədə fikir mübadiləsi aparıb COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Slovakiyanın baş nazirinin müavini, Ətraf Mühit naziri Tomaş Taraba və Slovakiyanın Azərbaycandakı səlahiyyətli nümayəndəsi Milan Lajçiakla görüşüb.
İnfrastruktur
20 Noyabr , 2024 21:03
ADSEA sədri slovakiyalı rəsmilərlə su ehtiyatlarının idarə edilməsi barədə fikir mübadiləsi aparıb

COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Slovakiyanın baş nazirinin müavini, Ətraf Mühit naziri Tomaş Taraba və Slovakiyanın Azərbaycandakı səlahiyyətli nümayəndəsi Milan Lajçiakla görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı ətraf mühitin qorunması, ekoloji davamlılıq və su ehtiyatlarının idarə edilməsi barədə fikir mübadiləsi aparılıb.

Əlavə olaraq, davamlı su resurslarının idarə olunması, ətraf mühitin qorunması sahəsində konkret əməkdaşlıq addımlarının müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi