ADY Dünya Bankı ilə ‘’Orta Dəhliz’’in inkişaf perspektivlərini müzakirə edib

ADY Dünya Bankı ilə ‘’Orta Dəhliz’’in inkişaf perspektivlərini müzakirə edib Həmçinin, dəmir yolları infrastrukturunun inkişafı, rəqəmsallaşma və s. sahələrdə bankla potensial əməkdaşlıq imkanları geniş müzakirə edilib
İnfrastruktur
28 Fevral , 2023 15:17
ADY Dünya Bankı ilə ‘’Orta Dəhliz’’in inkişaf perspektivlərini müzakirə edib

‘’Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC Dünya Bankı ilə ‘’Orta Dəhliz’’in inkişaf perspektivlərini müzakirə edib.

“Report”un ADY-ə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Səhmdar Cəmiyyətin sədri Rövşən Rüstəmov Dünya Bankının Mərkəzi Asiya üzrə infrastruktur rəhbəri Antonio Nunezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirilib.

Görüş zamanı Dünya Bankı ilə səmərəli əməkdaşlıq təcrübəsi vurğulanaraq son dövrlərdə ADY-də dayanıqlı və rəqabətədavamlı infrastrukturun yaradılması, həyata keçirilən transformasiya proqramı, eləcə də tranzit potensialının artırılması istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Həmçinin, dəmir yolları infrastrukturunun inkişafı, rəqəmsallaşma və s. sahələrdə bankla potensial əməkdaşlıq imkanları geniş müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi