"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Express" MMC İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlığa başlayıb.
"Report" xəbər verir ki, bu barədə “ADY Express” məlumat yayıb.
Məlumata görə, şirkətin Xaçmaz və Yevlax KOB evlərində nümayəndəlikləri açılıb. Regionlardakı sahibkarlar KOB evlərinə yaxınlaşaraq "ADY Express"lə təmas yarada, yükdaşımalara dair sifariş verərək, şirktətin xidmətlərindən yararlana bilərlər.