“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi - "ADY Konteyner” Gürcüstanın Poti limanından Özbəkistanın paytaxtı Daşkəndə sərfəli qiymətlərlə yük daşımalarına başlayır.
“Report” bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, şirkət 20 futluq yükləri 2 500 ABŞ dollarına, 40 futluq yükləri isə 3 300 ABŞ dollarına daşıyacaq.
Xatırladaq ki, “ADY Konteyner” şirkəti 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı təxminən 5 milyon manatdır.