ADY Konteyner növbəti rekorda imza atıb

ADY Konteyner növbəti rekorda imza atıb Türkiyənin Kösəköy stansiyasına (İzmit) cəmi 12 günə çatdırmaqla növbəti rekorda imza atıblar
İnfrastruktur
6 İyul , 2020 10:49
 ADY Konteyner növbəti rekorda imza atıb

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) 43 konteynerdən ibarət qatarı Çin-Qazaxıstan sərhədindəki Xorqos (Altınkol) stansiyasından Türkiyənin Kösəköy stansiyasına (İzmit) cəmi 12 günə çatdırmaqla növbəti rekorda imza atıb.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi olan "ADY Konteyner"dən bildirilib. Qeyd edək ki, çatdırılma müddəti əvvəl 16 gün idi.

Müxtəlif təyinatlı yüklərin olduğu 40 futluq konteynerlərdən ibarət qatar Altınkol stansiyası vasitəsilə Qazaxıstan ərazisinə daxil olub. Daha sonra operatoru ADY Konteyner olan “Beket-Ata” fidr gəmisi ilə Aktau limanından Bakı Limanına çatdırılmış, oradan Gürcüstanın Axalkalaki stansiyasına, daha sonra isə Türkiyənin İzmit şəhərinə yola salınıb.

Mürəkkəb epidemioloji şəraitə baxmayaraq,  Şərq-Qərb marşrutu üzrə dəmir yolu ilə yükdaşımalar sanitar – epidemioloji normalara riayət edilməklə fasiləsiz olaraq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi