Ağdam, Füzuli və Cəbrayılda meliorasiya təsərrüfatlarının bərpası üzrə layihələr hazırlanır

Ağdam, Füzuli və Cəbrayılda meliorasiya təsərrüfatlarının bərpası üzrə layihələr hazırlanır Ağdam, Füzuli və Cəbrayıl rayonlarının meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmaların və layihə sənədlərinin hazırlanması işlərinə başlanılıb.
İnfrastruktur
23 Dekabr , 2022 12:12
Ağdam, Füzuli və Cəbrayılda meliorasiya təsərrüfatlarının bərpası üzrə layihələr hazırlanır

Ağdam, Füzuli və Cəbrayıl rayonlarının meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmaların və layihə sənədlərinin hazırlanması işlərinə başlanılıb.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədrinin müşaviri Əsəd Şirinov 2022-ci ildə qurumun fəaliyyətinə media dəstəyi gösətərən mətbuat orqanlarının təltif olunması mərasimində deyib.

"Su təhlükəsizliyinin təmin olunması istiqamədində işğaldan azad olunmuş ərazilərdə dayanıqlı inkişaf tədbirləri həyata keçirilir. Belə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində tutumu 6 milyon kubmetr olan Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən ümumi tutumu 23 milyon kubmetr olan Xaçınçay, Füzuli rayonu ərazisində yerləşən ümumi tutumu 15,5 milyon kubmetr olan Köndələnçay, "Köndələnçay-1" və "Köndələnçay-2" su anbarlarının və magistral su kanallarının təmir-bərpası və uzunluğu 23 kilometr olan Tərtərçay Sol Sahil kanalının yenidənqurmaslı kimi bir sıra tikinti işlərinə başlanılıb", - Ə. Şirinov bildirib.

Onun sözlərinə, bununla yanaşı, uzunluğu 56 kilometr olan "Qız qalası" su anbarının magistaral kanalı, Laçın rayonu ərazisində yerləşən su tutumu 91 milyon kubmetr olan Həkəriçay və Qubadlı rayonu ərazisində yerləşən su tutmu 67 milyon kubmetr olan "Bərgüşadçay" su anabarlarının layihə sənədlərinin hazırlanması istiqamətində işlər davam edir".

Son xəbərlər

Orphus sistemi