Ağdamda təməli qoyulan kəndlərdə inşa ediləcək evlərin sayı açıqlanıb

Ağdamda təməli qoyulan kəndlərdə inşa ediləcək evlərin sayı açıqlanıb Prezident İlham Əliyevin Ağdama səfəri zamanı Qiyaslı, Salahlı Kəngərli və Qərvənd kəndlərinin təməli qoyulub
İnfrastruktur
27 Dekabr , 2023 16:28
Ağdamda təməli qoyulan kəndlərdə inşa ediləcək evlərin sayı açıqlanıb

Prezident İlham Əliyevin Ağdama səfəri zamanı Qiyaslı, Salahlı Kəngərli və Qərvənd kəndlərinin təməli qoyulub.

"Report"un Ağdama ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.

Onun sözlərinə görə, Qiyaslı kəndində 656, Salahlı Kəngərlidə 150 və Qərvənd kəndində isə 851 fərdi yaşayış evinin tikİntisi nəzərdə tutulub: “Fərdi yaşayış evləri 2, 3, 45 otaqlı olacaq. Bundan əlavə, ərazidə klub icma mərkəzi, inzibati bina, ticarət və iaşə obyektləri kimi qeyri-yaşayış sahəsinin də tikintisi aparılacaq”.

 Bəşir Hacıyev
Bəşir Hacıyev

B. Hacıyev ölkə başçısının bundan öncə təməlini qoyduğu kəndlərdəki hazırki vəziyyəti də şərh edib: “Daha öncə Prezident tərəfindən Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin təməli qoyulub. Artıq burada söküntü və şaquli planlaşdırma işləri yekunlaşıb, fərdi evlərin tikintisinə başlanıb. Növbəti mərhələlərdə yol və kommunikasiya işlərinə başlanacaq və qeyri-yaşayış obyektlərinin də inşası gözlənir”.

Son xəbərlər

Orphus sistemi