“Air Astana” aviaşirkəti Qazaxıstandan Rusiyaya bir sıra reysləri müvəqqəti dayandırıb.
“Report” “Zakon.kz”yə istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
“Air Astana” şirkətlər qrupu istehsalat səbəblərindən Qazaxıstandan Rusiya Federasiyasının şəhərlərinə reysləri müvəqqəti dayandırmaq məcburiyyətində qalıb. Hazırda Almatı və Nur-Sultan şəhərləri ilə Moskva arasında reyslərin həyata keçirilməsi davam etdirilir”, - məlumatda deyilir.
Şirkət istehsalat məsələlərini aradan qaldırdıqdan sonra gələn həftədən etibarən Rusiya şəhərlərinə uçuşları bərpa etməyə çalışdığını açıqlayıb.