"AirBaltic" Riqa-Bakı-Riqa reyslərini bərpa edəcək

"AirBaltic" Riqa-Bakı-Riqa reyslərini bərpa edəcək İyunun 2-dən həftədə iki dəfə uçuşlar olacaq
İnfrastruktur
18 Mart , 2021 14:58
AirBaltic Riqa-Bakı-Riqa reyslərini bərpa edəcək

Latviyanın milli aviadaşıyıcısı - "AirBaltic" şirkəti iyunun 2-dən Riqa-Bakı-Riqa reyslərini bərpa edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Latviyanın nəqliyyat naziri Talis Linkaits Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundovla görüşdə deyib.

Onun sözlərinə görə, uçuşlar həftədə iki dəfə olacaq.

"Aviareyslərin bərpası hər iki ölkənin maraqlarına uyğundur. Koronavirus (COVID-19) pandemiyasından əvvəl bu uçuşlar uğurla həyata keçirilirdi. Latviya həm Azərbaycanla, həm də bütün Avrasiya materiki boyunca karqo daşımalarında da böyük potensial görür", - nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi