Latviyanın “airBaltic” milli aviaşirkəti 2023-cü il mayın 17-də Bakıya uçuşları bərpa edəcək.
“Report” xəbər verir ki, uçuşlar Latviyanın paytaxtı Riqadan həyata keçiriləcək.
Bir tərəfə biletin qiyməti 120 avro olacaq.
Bundan başqa, aviaşirkət İstanbul, Buxarest, Belqrad və digər şəhərlərə uçuşları bərpa edəcəyini açıqlayıb.