Anar Quliyev Füzuli şəhəri ilə bağlı paylaşım edib - VİDEO

Anar Quliyev Füzuli şəhəri ilə bağlı paylaşım edib - VİDEO Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Facebook" sosial şəbəkəsində Füzuli şəhəri ilə bağlı paylaşım edib.
İnfrastruktur
17 Oktyabr , 2024 18:05
Anar Quliyev Füzuli şəhəri ilə bağlı paylaşım edib - VİDEO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Facebook" sosial şəbəkəsində Füzuli şəhəri ilə bağlı paylaşım edib.

"Report" xəbər verir ki, videoda müasir Füzulinin quruculuğundan bəhs edən kadrlar yer alıb.

“Böyük Qayıdış”ın böyük hədəflərinə uyğun olaraq Füzuli də sürətlə dirçəlir, inkişaf edir. Əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə qabaqcıl şəhərsalma standartlarına uyğun yaşayış məhəllələri tikilir, yeni yol-nəqliyyat infrastrukturu qurulur, təhsil, səhiyyə ocaqları, mədəniyyət mərkəzləri, idman-əyləncə kompleksləri, park və istirahət zonaları salınır. Bir sözlə, şəhər yenidən canlanır, doğma sakinlərinə daha möhtəşəm bir görkəmdə qucaq açır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin də dediyi kimi, “Füzulinin yeni siması göz oxşayır. Və indi o qalıb ki, insanlar burada rahat yaşasınlar...”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi də öz növbəmizdə bu gözəl arzuya qoşularaq, bütün Füzuli sakinlərini əlamətdar gün münasibətilə təbrik edir!

Şəhər Gününüz mübarək, əziz füzulililər!

Son xəbərlər

Orphus sistemi