Bu ilin I rübündə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərindən 21,014 m³ plastmas, 165,011 m³ qida qalığı, 118,364 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 24,92 m³ istismar tullantısı, 109 m³ neft qalığı, 1237 m³ döşəməaltı lyal sular, 22073,7 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 102,4 m³ çən dibində formalaşmış neftli şlam, 4,2 ton yanmış qəlib qumu, 418,16 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 19131,66 ton məişət çirkab suyu, 105 ton neftli döşəməaltı-lyal su, 38,34 ton sürtgü yağı, 783,03 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 264,82 m³ qida qalığı, 143,85 m³ polimer əsaslı və plastmas tullantı, 26,05 m³ yağlı və neftli tullantı, 38,25 m³ rezin tullantı, 27 ədəd akkumulyator və halvanik element, 123,8 m³ istismar tullantı, 8,71 m³ elektron tullantı, 0,203 m³ tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.
Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 25,95 m³ müxtəlif ölçülü əşya yığılıb təhvil verilib.
İlin ilk üç ayında ümumilikdə 0,473 ton kağız, 0,128 ton plastmas, 4042,219 ton qara metal, 2, 367 ton əlvan metal isə təkrar emala göndərilib.