Küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.
"Report" xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Qeyd edək ki, mayın 6-sı axşam saatlarından mayın 8-i səhərədək Xəzər dəniz akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin sürəti 18-23 m\s, arabir 25-30 m\s, açıq dənizdə arabir 33 m\s-ə qədər güclənəcəyi gözlənilir.
Xəbrdarlıqda qeyd olunub ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun: "Səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar. Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər".