ATMİA : "Azərbaycanda 800-ə yaxın mədən istifadəsiz qalıb"

ATMİA : "Azərbaycanda 800-ə yaxın mədən istifadəsiz qalıb" Azərbaycanda hazırda 800-ə yaxın mədən istifadəsiz qalıb.
İnfrastruktur
5 İyun , 2023 14:28
ATMİA : Azərbaycanda 800-ə yaxın mədən istifadəsiz qalıb

Azərbaycanda hazırda 800-ə yaxın mədən istifadəsiz qalıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA ) Baş katibi Şahanə Sarı “Yerin təki haqqında” Qanun layihəsinin hazırlanması çərçivəsində ictimai dinləmələrdə bildirib.

O qeyd edib ki, bu fakt həm də xeyli iş yerinin azalması deməkdir və həmin bölgələrdəki insanlar üçün problem yaradır: "ATMİA olaraq, bu məsələ ilə bağlı dağ-mədən sahəsində fəaliyyət göstərən sahibkarlardan şikayətlər alırıq. Təklif edirik ki, yeni qanunvericilik qüvvəyə minənədək, sözügedən yataqların istismara verilməsini təmin edilsin”.

İctimai dinləmələrdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təmsilçisi qanun layihəsində sahibkarlar üçün bir sıra güzəştlərin nəzərdə tutulduğunu bildirib, lakin onlar ciddi qanun pozuntularına yol verən, vergidən, məsuliyyətdən yayınan sahibkarlara şamil edilməyəcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci il 13 iyul 1394 nömrəli Fərmanının 8.1-ci bəndi ilə Nazirlər Kabinetinə beynəlxalq təcrübələr nəzərə alınmaqla, “Yerin təki haqqında” yeni Qanunun hazırlanması tapşırılıb. Buna uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanun layihəsinin ictimai dinləməsi və müzakirələr təşkil edib.

Son xəbərlər

Orphus sistemi