Azərbaycanda aviasiya təhlükəsizliyi sahəsində xarici dövlətlərlə təcrübə mübadiləsi, həmçinin aviasiya personalının əlavə təhsili üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin yenidən təsdiqlədiyi "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planında öz əksini tapıb.
Bundan başqa, sənəddə aviasiya təhlükəsizliyi sahəsində tədris vəsaitlərinin hazırlanması, yerli və xarici mütəxəssislər cəlb edilməklə aviasiya təhlükəsizliyi sahəsində tədbirlərin təşkili, aviasiya təhlükəsizliyi personalının peşəkarlığının və biliklərinin artırılması üçün Milli Aviasiya Akademiyasının imkanlarından geniş istifadə edilməsi, mülki aviasiyanın təhlükəsizliyinin təmin olunmasında iştirak edən dövlət orqanları (qurumları) arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi öz əksini tapıb.
2020-2021-ci illərdə və mütəmadi görülməsi nəzərdə tutulan bu tədbirlərin icrası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, nazirlik yanında Dövlət Mülki Aviasiya Agentliyinə, "Azərbaycan Hava Yolları" QSC-yə, Təhsil Nazirliyinə həvalə olunub.