Bakıda "Avrasiya Nəqliyyat Marşrutu" ilə bağlı toplantıda yekun protokol imzalanıb

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu" ilə bağlı toplantıda yekun protokol imzalanıb Bakıda keçirilən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında yekun protokol imzalanıb.
İnfrastruktur
20 Sentyabr , 2024 12:34
Bakıda Avrasiya Nəqliyyat Marşrutu ilə bağlı toplantıda yekun protokol imzalanıb

Bakıda keçirilən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında yekun protokol imzalanıb.

"Report" xəbər verir ki, sənədi Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Çin, Qırğzıstan və Avstriyanın dəmiryol administrasiyaları rəhbərləri imzalayıblar.

Toplantıda Assosiasiyanın təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edilib, bu marşrut üzrə rəqəmsallaşma, kommersiya məsələləri, marketinq və kommunikasiya, logistika xidmətləri, normativ-hüquqi aktlar və infrastruktur mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi