Avropanın ən çox sərnişin axını olduğu hava limanları bəlli olub

Avropanın ən çox sərnişin axını olduğu hava limanları bəlli olub 2021-ci ildə 36.988.563 sərnişinə xidmət göstərmiş İstanbul Hava Limanı sərnişin axınına görə Avropada birinci yerə çıxıb.
İnfrastruktur
29 Yanvar , 2022 14:40
Avropanın ən çox sərnişin axını olduğu hava limanları bəlli olub

İstanbul Hava Limanı sərnişin axınına görə Avropada lider olub.

“Report” AA-ya istinadən xəbər verir ki, bu, Beynəlxalq Hava Limanları Şurasının (ACI) illik hesabatında öz əksini tapıb.

Sənədə əsasən, aeroport 2021-ci ildə 36 988 563 sərnişinə xidmət göstərib.

Sonrakı yerlərdə 30 943 456 sərnişinə xidmət etmiş Moskva şəhərinin Şeremetyevo, 26 201 698 sərnişinlə Parisin Şarl de Qoll, Amsterdam şəhərinin Şiphol, Moskvanın Domodedovo, İstanbulun Sabihe Gökçen beynəlxalq hava limanları qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi