Avstriya rəsmisi: "Azərbaycan Avropa ilə Asiya arasında əsas halqa rolunu qoruyur"

Avstriya rəsmisi: "Azərbaycan Avropa ilə Asiya arasında əsas halqa rolunu qoruyur" Azərbaycan həmişə Avropa ilə Asiya arasında əsas halqa olub və bu gün bu mühüm rolunu qoruyub saxlamaqdadır.
İnfrastruktur
20 Sentyabr , 2024 11:36
Avstriya rəsmisi: Azərbaycan Avropa ilə Asiya arasında əsas halqa rolunu qoruyur
Eniko Györfl

Azərbaycan həmişə Avropa ilə Asiya arasında əsas halqa olub və bu gün bu mühüm rolunu qoruyub saxlamaqdadır.

"Report" xəbər verir ki, bunu Avstriya Federal Dəmir Yollarının Avrasiya-Mərkəzi Asiya üzrə əlaqələr rəhbəri Eniko Györfl Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.

"Bu konfrans sizin beynəlxalq tərəfdaşlığa sadiqliyinizi əks etdirir. "Dəmir İpək Yolu” bir marşrut deyil, o, bütün Avrasiya xalqları üçün əlaqə, əməkdaşlıq və ümumi məqsədlərin simvoludur. Bu dəmir yolu Çin, Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropanın iqtisadiyyatları üçün vacibdir, insanları, biznesləri və imkanları bir neçə onilliklər əvvəl qeyri-mümkün görünən yollarla birləşdirir", - deyə o qeyd edib.

"Qlobal mənzərədə sürətli dəyişikliklərin yaşandığı unikal və çətin dövrdəyik. Bu dəyişikliklər iqtisadiyyatlarımız üçün həm imkanlar, həm də problemlər gətirir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq həmişəkindən daha vacibdir. Təchizat zəncirləri pozulmalarla üzləşdikcə və geosiyasi gərginlik artdıqca, güclü, səmərəli və təhlükəsiz nəqliyyat marşrutlarının qurulmasına yönəlmiş bu kimi təşəbbüslər iqtisadi və strateji səbəblərə görə çox vacibdir", - deyə Avstriya rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi