AYNA: "Azərbaycan-Gürcüstan sərhədində 150 avtomobil gözləyir"

AYNA: "Azərbaycan-Gürcüstan sərhədində 150 avtomobil gözləyir" Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 150 avtomobil gözləyir.
İnfrastruktur
19 Fevral , 2024 16:24
AYNA: Azərbaycan-Gürcüstan sərhədində 150 avtomobil gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 150 avtomobil gözləyir.

“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Xanoba” gömrük postunda 5, "Samur" gömrük postunda 43, "Mazımqara" gömrük postunda 12, "Biləsuvar" gömrük postunda 70, "Astara" gömrük postunda isə 103 yük maşını var.

Son xəbərlər

Orphus sistemi