"Cənab Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyatı qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlanıb. Layihə olaraq müzakirə edilir və hökumətə təqdim ediləcək".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, həmin konsepsiyaya və bölgələrimizin gələcək sosial, iqtisadi planlaşdırmaya uyğun olaraq planlaşdırmada əsas tutulan sahələr - şəhərsalma və ərazi qurulması ilə bağlı olan məsələlər təbii ki, bunun həyata keçirilməsi üçün zəruri hüquqi, iqtisadi və maliyyə güzəştlər və təşviqlər sistemi nəzərdə tutulur: "Eyni zamanda, bilirsiniz ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq təxirəsalınmaz layihələr artıq həyata keçirilir. Burada xüsusən, dövlət tərəfindən həyata keçirilən yol şəbəkəsi, dəmir yolu, kommunal, təchizat kimi məsələləri qeyd etmək olar".