AZAL Bakı-Praqa istiqamətində endirimli biletlər təklif edir

AZAL Bakı-Praqa istiqamətində endirimli biletlər təklif edir "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Çexiyanın paytaxtı Praqaya və əks istiqamətdə həyata keçirilən uçuşlar üçün xüsusi kampaniyaya start verib.
İnfrastruktur
1 Dekabr , 2023 09:40
AZAL Bakı-Praqa istiqamətində endirimli biletlər təklif edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Çexiyanın paytaxtı Praqaya və əks istiqamətdə həyata keçirilən uçuşlar üçün xüsusi kampaniyaya start verib.

"Report" AZAL-a istinadən xəbər verir ki, kampaniya çərçivəsində aviabiletlərin qiyməti 555 manatdan başlayır.

Bu marşrut üzrə endirimli aviabiletlər dekabrın 1-dən 7-dək satışda olacaq. Təklif iki vaxt aralığında yerinə yetiriləcək uçuşlara şamil olunur: 12 yanvar–11 mart və 1 aprel–31 may 2024-cü il.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi