"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Çinin paytaxtı Pekinə birbaşa reys həyata keçirib.
"Report" bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, təyyarə dekabrın 19-da, saat 19:40-da Bakıdan qalxıb və dekabrın 20-də yerli vaxtla saat 06:50-də Pekində enib. Reysin təntənəli qarşılanma mərasimində aviaşirkətin nümayəndələri, Azərbaycanın və Çinin diplomatları, qonaqlar, o cümlədən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov iştirak ediblər.
Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, mobil tətbiqindən, AZAL-ın kassalarından və ya akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.