2023-cü ildə “Azərbaycan Hava Yolları” (AZAL) QSC 19,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar buraxılışında bildirilir.
Bu, 2022-ci illə müqayisədə 11,2 milyon ABŞ dolları və yaxud 2,3 dəfə çoxdur.
Qeyd edək ki, AZAL 2022-ci ildə 8,2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.