AZAL: Naxçıvana aviabilet alanlar fırıldaqçılığın qurbanı ola bilərlər

AZAL: Naxçıvana aviabilet alanlar fırıldaqçılığın qurbanı ola bilərlər Bakı-Naxçıvan-Bakı aviareyslərinin bərpa edilməsi barədə elan dərc edildikdən sonra sosial şəbəkələrdə bu istiqamətdə aviabiletlərin satışı barədə müxtəlif məlumatlar yayılmağa başlayıb.
İnfrastruktur
19 Noyabr , 2020 12:31
AZAL: Naxçıvana aviabilet alanlar fırıldaqçılığın qurbanı ola bilərlər

Bakı-Naxçıvan aviareysinin bərpa edilməsi barədə elan verildikdən sonra sosial şəbəkələrdə bu istiqamətdə aviabilet satışına dair müxtəlif məlumatlar yayılmağa başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) açıqlamasında bildirilir.

Milli aviadaşıyıcı qeyd edilən maşrut üzrə aviabiletləri yalnız onun çağrı mərkəzi vasitəsilə əldə etməyə çağırıb: "Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.

Aviabilet satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir. Növbəyə qeydiyyat iki üsulla - əks əlaqə forması üzrə və yaxud "WhatsApp" mesenceri vasitəsilə həyata keçirilir.

- Bakıdan Naxçıvana reyslər üçün:

https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919

• WhatsApp: +99455 204 65 54

- Naxçıvandan Bakıya reyslər üçün:

https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000886220

• WhatsApp: +994 60 487 30 11

Müraciət zamanı sərnişinlərdən şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və geri əlaqə üçün əlaqə nömrələrini göndərmələri tələb olunacaq.

Aviabiletin dəyərini Tarif Şurası müəyyən edilib və bir istiqamətdə 50 manat təşkil edir.

AZAL turizm şirkətləri və yaxud fərdi şəxslərin yol verdiyi bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir".

Son xəbərlər

Orphus sistemi