AZAL: "Tezliklə biletlərin bronlaşdırılması və alınması bərpa olunacaq"

AZAL: "Tezliklə biletlərin bronlaşdırılması və alınması bərpa olunacaq" Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.
İnfrastruktur
31 May , 2022 12:44
AZAL: Tezliklə biletlərin bronlaşdırılması və alınması bərpa olunacaq

Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.

Bu barədə "Report"a "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.

Hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir. Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq.

Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyir.

Son xəbərlər

Orphus sistemi