Moskvada 25-ci “TransRussia” Beynəlxalq Nəqliyyat-Logistika Xidmətləri, Anbar Avadanlığı və Texnologiyaları Sərgisi keçirilir.
“Report”un Rusiya bürosu xəbər verir ki, tədbir Rusiyanın sərgi xidmətləri bazarında lider mövqe tutan "Hyve" şirkəti tərəfindən təşkil olunub.
“TransRussia 2021” sərgisində dünyanın 23 ölkəsindən şirkətlər iştirak edir. Bu siyahıda Azərbaycan da yer alır.
“TransRussia” sərgisinin iş proqramının çərçivəsində nəqliyyat və logistika xidmətləri bazarının inkişafının əsas vəzifələri və perspektivləri, o cümlədən 2020-ci ildə bu sənayenin hansı problemlərlə üzləşdiyi, hansı addımlar atıldığı, şirkətlərin və dövlətlərin hələ hansı tədbirləri həyata keçirilməli olduğu müzakirə olunacaq.
Sərgi aprelin 14-dək davam edəcək.