Azərbaycan COP 29-la bağlı Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə əməkdaşlığı müzakirə edib
Azərbaycan COP 29-la bağlı Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə əməkdaşlığı müzakirə edibAzərbaycanda keçiriləcək COP 29 tədbiri çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə əməkdaşlıq və beynəlxalq standartlar ictimaiyyəti üçün etibarlı proqramın hazırlanması üzrə tərəfdaş təşkilatlarla işbirliyi barədə müzakirələr aparıb.
Azərbaycanda keçiriləcək COP 29 tədbiri çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə əməkdaşlıq və beynəlxalq standartlar ictimaiyyəti üçün etibarlı proqramın hazırlanması üzrə tərəfdaş təşkilatlarla işbirliyi barədə müzakirələr aparıb.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, müzakirələr Davos İqtisadi Forumu çərçivəsində onun Beynəlxalq Standartlaşdırma Təşkilatının baş katibi Serxio Muxika ilə görüşündə baş tutub. Tərəflər qlobal çağırışlara adekvat həlləri təmin edən standartların tətbiqini, ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin dəstəklənməsi üzrə təşəbbüsləri nəzərdən keçirib.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının (@isostandards) baş katibi Serxio Muxika (@ISOSecGen) ilə qlobal çağırışlara adekvat həlləri təmin edən standartların tətbiqi, ölkəmizdə yüksək keyfiyyətli #ekolojimühit-in dəstəklənməsi üzrə… pic.twitter.com/N39230yqNc