Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1 669 809 sərnişin daşınıb.
"Report" quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 % azdır.
9 aylıq daşınmanın 83,5 %-i və yaxud 1 393 649-u Bakı-Sumqayıt qatarlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 15 % azdır.
Hesabat dövründə dəmir yolu ilə beynəlxalq sərnişin daşımaları 82,6 % azalaraq 29 493 nəfər, daxili sərnişin daşımaları isə 66,65 % azalaraq 246 667 nəfər təşkil edib.