"Azərbaycan Dəmir Yolları" yük daşımalarını 25 % artırıb

"Azərbaycan Dəmir Yolları" yük daşımalarını 25 % artırıb 2022-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC (AYD) 18,7 milyon ton yük daşıyıb.
İnfrastruktur
16 Yanvar , 2023 12:03
Azərbaycan Dəmir Yolları yük daşımalarını 25 % artırıb

2022-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC (AYD) 18,7 milyon ton yük daşıyıb.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 24,7 % çoxdur.

Yük daşımalarında əsasən neft məhsulları, kimyəvi və mineral gübrələr, tikinti materialları, daş kömür kimi yük növləri üzrə artım müşahidə olunub.

Ötən il daşınmış yüklərin 7,5 milyon tonu tranzit daşımaları olub. Bu isə əvvəlki ilə nisbətən 63 % çoxdur.

"Tranzit daşımaları sahəsində regionun aparıcı tərəfdaşına çevrilməyi qarşısına hədəf qoyan ADY 2022-ci ildə bu sahədə dönüş nöqtəsi yarada bilib. Belə ki, 2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 milyon ton, Şimal-Qərb dəhlizi ilə 2 milyon ton artaraq 2,9 milyon ton olub. Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90 % artım qeydə alınıb.Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41 % təşkil edib", - deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi