Azərbaycanın “Azvirt” MMC şirkəti bu günə qədər "Bişkek-Oş avtomobil yolunun yenidənqurulması (Mərhələ IV", Mədəniyyət qəsəbəsindən Cəlal-Abad şəhərinədək olan hissə)" layihəsi çərçivəsində asfalt-beton örtüyünün alt qatının 32,5 km-ni çəkib.
“Report” xəbər verir ki, bu barədə Qırğızıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyi məlumat yayıb.
Qurumdan əlavə ediblər ki, layihənin icrası üçün ayrılan maliyyənin 33 %-i istifadə edilb.
2021-ci ildə 17 km uzunluğunda asfalt -beton örtüyünün alt qatının döşəniməsi işləri həyata keçirilib.
Ümumilikdə, 2021-ci ildə 20 km -dən çox asfalt -beton örtüyünün döşənməsi planlaşdırılır.
Nəqliyyat və Kommunikasiya Nazirliyi ümumi uzunluğu 67 kilometr olan “Bişkek-Oş avtomobil yolunun yenidənqurulması (Mərhələ IV", Mədəniyyət qəsəbəsindən Cəlal-Abad şəhərinədək olan hissə)" layihəsini həyata keçirir.
Layihəyə detallı layihələnndirmə, torpaq işləri, yol tikintisi, yeni və köhnə körpülərin tikintisi və bərpası, suötürücü boruların və qutu su borularının tikintisi, yol kənarının yaxşılaşdırılması, yol hərəkətinin təhlükəsizliyi, həmçinin səkilər, nişanlar, təhlükəsizlik baryerləri, avtobus dayanacaqları və sairə işlər daxildir.
“Azvirt” ilə müqavilə imzalanandan sonra baş podratçı detallı dizaynın işlənib hazırlanmasını tamamlayıb və dövlət ekspertizasının müsbət nəticəsini alıb. 150 nəfər və 80 ədəd böyük ölçülü texnika sahəyə səfərbər edilib.
Podratçı saatda 210 ton istehsal gücü olan asfalt -beton zavodunu səfərbər edib.
“Tikinti başa çatdıqdan sonra ətraf ərazilərin sakinləri və Bişkek-Oş yolunun istifadəçiləri minlərlə insanın həyat keyfiyyətini yaxşılaşdıracaq 67 km uzunluğunda 2 və 4 zolaqlı asfalt-beton örtüyündə avtomobil sürə biləcəklər. Bu layihə bölgənin inkişafı üçün yeni imkanlar açır”, - deyə məlumatda deyilir.
Lahiyə Avrasiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.