Azərbaycan Rusiyada inşaat materialları sərgisində iştirak edir

Azərbaycan Rusiyada inşaat materialları sərgisində iştirak edir Sərgidə bir çox ölkələrdən 77 mindən artıq şirkət iştirak edir
İnfrastruktur
30 Mart , 2021 15:15
Azərbaycan Rusiyada inşaat materialları sərgisində iştirak edir

Moskva şəhərində açılan “MosBuild 2021” beynəlxalq tikinti və inşaat materialları sərgisi aprelin 2-dək davam edəcək.

“Report”un Rusiya bürosu xəbər verir ki, sərgidə “Made in Azerbaijan” adlı stend də fəaliyyət göstərir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İxracın Təşviqi Departamentinin direktor müavini Tural Hacılı ölkəmizin ixrac etdiyi məhsullara xaricdə böyük maraq olduğunu bildirib: “Stenddə plastik, dəmir, keramika və s. məmulatlar təqdim olunur. Pandemiya sonrası dövr üçün böyük ümidlərimiz var. “MosBuild 2021” sərgisi vasitəsilə həm Rusiyada, həm də Azərbaycan istehsalı tikinti materiallarına maraq göstərəcək başqa ölkələrdə tərəfdaş tapacağımızı güman edirik”.

Qeyd edək ki, bu il sərgidə bir çox ölkələrdən 77 mindən artıq şirkət iştirak edir.

Son xəbərlər

Orphus sistemi