Azərbaycan TDT-nin nəqliyyat nazirlərinin toplantısında iştirak edəcək

Azərbaycan TDT-nin nəqliyyat nazirlərinin toplantısında iştirak edəcək Sabah Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin toplantısı öz işinə başlayacaq
İnfrastruktur
26 Oktyabr , 2022 13:44
Azərbaycan TDT-nin nəqliyyat nazirlərinin toplantısında iştirak edəcək

Sabah Azərbaycan Özbəkistanın paytaxtı Daşkənddə öz işinə başlayan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin toplantısına qatılacaq.

Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizi bu toplantıda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov təmsil edəcək.

Qeyd edək ki, tədbirdə təşkilata üzv dövlətlər beynəlxalq yük daşımalarının daha da inkişaf etdirilməsi, regionun tranzit potensialının artırılması, eləcə də alternativ nəqliyyat marşrutlarının inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Məlumata görə, tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dəmir yolu administrasiyalarının birinci iclası və bu təşkilata üzv dövlətlərin liman rəhbərlərinin beşinci iclası keçiriləcək.

İclasın yekunu olaraq Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq multimodal daşımalara dair saziş və nəqliyyat sektorunda qarşılıqlı asılılıq proqramı kimi sənədlərin razılaşdırılması gözlənilir.

Qeyd edək ki, iclas oktyabrın 28-nə kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi